içerik yükleniyor...Yüklenme süresi bağlantı hızınıza bağlıdır!

Ganire PAŞEYEVA için bir şiir de sen yaz kampanyamızın konuğu; Şair Adile NEZER

Merhum Azerbaycanlı Üstat Ganire PAŞEYEVA için bir şiir de sen yaz kampanyamızın konuğu; Şair Adile NEZER

​               Yazarımız Cahit Günay tarafından, Azerbaycan milletvekili, şair, yazar, hukukçu, doktor, gazeteci ve televizyoncu Ganire Paşeyeva hanımın ebediyete intikalinden sonra aziz hatırası için bir şiirde sen yaz başlığı ile başlatılan kampanyanın bu haftaki ELBİSTAN GÜNDEM HABER GAZETESİ’nin konuğu, Azerbaycan Cumhuriyeti Eğitim Enstitüsü’nün önde gelen araştırma görevlilerinden Filoloji üzerine Felsefe Doktoru, Azerbaycan Yazarlar Birliği üyesi Şair Adile NEZER (Adile Hasan Kızı Nazerova)

 

QƏNİRƏ XANIMIN XATİRƏSİNƏ

 

Çox cavan yaşında köçdü dünyadan,

Ah edib, astadan dövran ağladı.

Üzüldü el-oba yandı-yaxıldı,

Hönkürdü bacı pərişan ağladı. 

 

Belə sevilirmiş demə sadələr,

Ucaldı hər evdə göyə nalələr,

Qoşulub sızladı şəhidzədələr,

Qarışdı məkana zaman ağladı.

 

Bilmədi nədəndi, nə idi yara,

Hansı dərd canını çəkirdi dara?!

Həkimlər tapmadı dərdinə çara,

Əl açıb Allaha loğman ağladı.

 

Qurbanlar adadıq Ocağa, Pirə,

Bu yoldan qayıdıb dönə Qənirə,

Ancaq oyanmadı bu hay-həşirə,

O getdi.. və cəmi-insan ağladı.

 

 01.10.2023

 

Əziz Qənirə xanıma şəfa diləklərimlə...

 

Sənə gül göndərirəm,

Beş budaq- ağ, qırmızı.

Qoxla oyan gülləri,

Elin ən gözəl qızı.

 

Deyirlər ki, oyandı

Sevgini duyan xəstə.

Nə yatmısan, oyan di,

Sevənin dəstə-dəstə...

 

Nə olsun ki, uzağıq,

Səni doğmam bilirəm.

Qəlbindəki sirr dağın

Çiskinini silirəm.

 

Bəxtimizi bulmadıq,

Toplandıq, cəmimiz tək.

Biz heç yaxın olmadıq

Oxşar kədərimiz tək.

 

Nə dərinə dalmısan,

Dərya suyu acıdır.

Yaxşı adam olmusan, -

Xalq sənə duaçıdır.

 

Sənə gül göndərirəm,

Beş budaq- ağ, qırmızı.

Qoxla oyan gülləri,

Elin ən gözəl qızı.

 

Adilə Nəzər 26.09.2023

Bu yazı 7565 defa okunmuştur.
YAZARIN DİĞER YAZILARI